İlham Əliyev bu qurumun səlahiyyətlərini artırdı


19:37     04 Oktyabr 2018 18_10_04_1538666686.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin İdarə Heyətinə ölkə prezidentinin razılığı ilə qurumun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti verilib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın nizamnaməsində öz əskini tapıb.

Sənədə əsasən, İdarə Heyəti həmçinin Palatanın idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək, onların, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək səlahiyyətinə malikdir.

“Palata qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Palatanın, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Palata idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir”, - deyə nizamnamədə qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 435