Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi


20:16     04 Oktyabr 2018 1425459772_sehiyye-n.jpg

Səhiyyə Nazirliyinə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasəti və nəzarətini həyata keçirmək səlahiyyəti verilib.

Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.10-3-cü bənd əlavə edilib:

“8.10-3. tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirmək;”. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 838