Azərbaycanla Tacikistan və Avstriya arasında ikitərəfli sənədlər təsdiq edildi

Azərbaycanla Tacikistan və Avstriya arasında ikitərəfli sənədlər təsdiq edildi


20:50     04 Oktyabr 2018 serencam%20ferman%20imza%20kreslo.jpg

Prezident İlham Əliyev Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaları haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılır.

X X X

Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyi ilə Tacikistan Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Hökumətinə bildiriş göndərəcək.

X X X

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılır ki, onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

X X X

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Tacikistan Hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərəcək.

X X X

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Hökumətinə bildiriş göndərmək tapşırılır.

X X X

Prezident İlham Əliyev Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, 2018-ci il iyulun 6-da Vyana şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinə tapşırılır ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avstriya Hökumətinə bildiriş göndərsin.

Femida.az

Açar sözlər:

Oxunub: 143