Nazir vətəndaşlarla görüşəcək


22:42     04 Oktyabr 2018 ramil.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabr ayının 27-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 603