Rusiya İŞİD adı ilə İranı bombalayıb?


21:10     09 Oktyabr 2015 rus7.jpg

“Hamısı ABŞ –ın oyunudur”


Rusiyanın Xəzər dənizindəki hərbi gəmisindən Suriyaya atdığı raketlərdən 4-nün İran ərazisinə düşdüyü barədə Qərb mediasında məlumatlar yayılıb. ABŞ-ın “Associated Press” agentliyi və CNN telekanalı bu barədə yazılar dərc etmişdilər. Guya ki Rusiyanın Suriya ərazisinə atdığı 26 raketdən 4-ü İran ərazisinə düşüb.

Lakin Rusiya tərəfi yayılan xəbərləri təkzib edib. İran rəsmiləri də yayılan xəbərlərin şaiyə olduğunu bildirmişdilər. İran və Rusiyanın baş vermiş hadisəni təkzib etmələrinə baxmayaraq yenə də müəyyən şübhələr var.

Mövzu ilə bağlı Femida.az-a danışan Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu həmin məlumatların ABŞ tərəfindən Rusiyanı gözdən salmaq məqsədilə yayıldığını bildirib:



“Hesab edirəm ki, Xəzərdən atılan raket zərbələri yaranmış qəza nəticəsində həm Qazaxıstanın, həm Türkmənistanın, həm Azərbaycanın, həm də İran ərazisinə düşə bilərdi. Lakin gəldiyimiz nəticə ondan xəbər verir ki, atılan raketlərin hamısı hədəfə dəyib. ABŞ-ın verdiyi bəyanatı İran tərəfi təsdiq etmədi. İran rəsmiləri məlumat yaydı ki, həmin raketlərin heç biri İran ərazisinə düşməyib. Bu təbii ki, ABŞ-ın oyunudur. ABŞ bu addımı ilə İranı Rusiya əleyhinə qaldırmaq istəyir. Bütün bunların hamısı Rusiya əleyhinə təbliğat xarakteri daşıyır. ABŞ bir növ bu addımı ilə Rusiyanın Suriyadakı hərbi əməliyyatını dünya ictimaiyyətinin gözündən salmaq istəyir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2242