Yağışlı hava ilə bağlı - Sürücülərə XƏBƏRDARLIQ


09:19     05 Oktyabr 2018 yagisli_yol_suret_heddi_012.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.



BNA-dan Femida.az-a verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1290