Ermənilərin İtaliyadakı təxribatı baş tutmadı


20:42     09 Oktyabr 2015 09.jpg

"8-10 oktyabr 2015-ci il tarixində İtaliyanın Rimini şəhərində keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansı bir formada ayrıca guşə ilə iştirak etməsinin qarşısını almaq üçün Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən əvvəlcədən zəruri tədbirlər görülüb".


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Femida.az - a bildirilib ki, bütün imkanlardan məhrum olan Ermənistan tərəfi sərgidə Ermənistan Respublikasına aid olan guşədə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim ilə bağlı bir sıra broşurlar nümayiş etdirməklə məhdudlaşıb:.

Belə ki, səfirlik Ermənistanın turizm sərgisini siyasi təxribat obyektinə çevirmək məqsədi daşıyan bu kimi cəhdlərinin də qarşısının alınması istiqamətində İtaliyanın xarici işlər nazirliyi və sərginin təşkilatçısı qismində çıxış edən şirkətlərlə təmaslarını davam etdirir.

Nazirlikdən deyilib ki, Ermənistanın beynəlxalq turizm sərgisini belə siyasi təxribat obyektinə çevirməsi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimi təbliğ etməsi və hətta bu əraziləri Ermənistan ərazisi kimi təqdim etməsi cəhdləri bir daha onu göstərir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı yalnız imitasiyadır, Ermənistanın əsl məqsədi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamaq, işğal edilmiş əraziləri ilhaq etmək və bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə maneə olmaqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 861