Piyadanı vurub qaçan sürücü saxlanıldı


15:03     05 Oktyabr 2018 piyada5.jpg

Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.



DİN-dən Femida.az-a verilən məlumata görə, sentyabrın 3-də saat 22 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bərdə rayon sakini İsmayıl İsmayılzadə vurulub.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rizvan Xanvəliyev saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 300