Parlamentdə müəllimlərlə bağlı TƏKLİF: güzəştli kateqoriyaya daxil edilsin
15:18 05 Oktyabr 2018
Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərindən isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər.
Femida.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin plenar iclasındakı çıxışında deyib.
Millət vəkili vurğulayıb ki, ipoteka kreditləri, o cümlədən Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir: "İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm.
Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və s. şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var, onların da güşətli ipotekadan güzəştli qaydada yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var".
Femida.az
Oxunub: 548
Oxşar xəbərlər
- Parlamentdə bələdiyyələrlə bağlı hesabat veriləcək
- Parlamentdə vaksinasiya ilə bağlı dinləmə başlayır
- Parlamentdə Zəfər Günü ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq
- Parlamentdə dövlət büdcəsi haqqında qanuna dəyişiklik müzakirəyə çıxarılacaq
- Parlamentdə 12 layihənin müzakirəyə çıxarılması təxirə salınıb - SİYAHI
- Parlamentdə bir neçə sənəd müzakirə ediləcək
- Parlamentdə bəzi qanunlar qəbul edilib
- Parlamentdə yeni şöbə və sektor yaradıldı
- Parlamentdə “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi müzakirə olunacaq
- Parlamentdə Məmmədyarovun məktubu oxundu