Azərbaycanda 92 qanunsuz miqrant saxlanılıb
16:56 05 Oktyabr 2018
Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.
DMX-dən Femida.az-a verilən məlumata görə, saxlanılmış şəxslərdən 18 nəfərinin Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 348
Oxşar xəbərlər
- 100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib
- Liviya sahillərində 75 miqrant boğularaq ölüb
- Rusiyaya gedən azərbaycanlı miqrantların nəzərinə: Yeni arayış təqdim etməlidirlər
- Miqrant böhranı: Kütləvi həbslər planlaşdırılr
- Avropa İttifaqı miqrantlarla bağlı Belarusla müzakirələr aparmaqdan imtina edib
- Polşa-Belarus sərhədində suriyalı miqrantın meyiti tapılıb
- "Miqrantlarımızı geri çağırmağım zarafat idi"- Erməni nazir
- Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 17 nəfər boğulub
- Rusiyadakı azərbaycanlı miqrantlar 10 illik vahid sənədlə təmin ediləcək
- Avropadan Azərbaycana qayıdan şəxslərə yardım edildi