Metroda yaranan sıxlığın səbəbi bəlli oldu


17:18     05 Oktyabr 2018 metro.jpg


Bu gün saat 13:15 radələrində "Bakı Metropoliteni"nin fəaliyyətində problem yaranıb. Metronun "İçərişəhər" stansiyasında qatarların hərəkəti dayanıb. Nəticədə stansiyada sərnişin sıxlığı müşahidə olunub.

Femida.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu gün saat 13:15 radələrində “İçərişəhər” metrostansiyasına gedən qatarda texniki nasazlıq yaranıb: "Maşinist 7-8 dəqiqə ərzində qatarın fəaliyyətini bərpa edib. Bu da intervala təsir edib. Nəticədə bütün stansiyalarda sıxlıq müşahidə olunub. Ümumilikdə 10-11 dəqiqə qrafikdə gecikmə baş verib. Qatar isə texniki baxış üçün depoya göndərilib".

Femida.az

Açar sözlər:

Oxunub: 396