BDU-da top mərmisi tapıldı - FOTO


17:25     05 Oktyabr 2018 18_10_05_1538746025.jpg


BDU-nun Qazax filialının inzibati ərazisində top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, 2018-ci il 05 Oktyabr tarixində saat 12:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:59-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı Dövlət Universitetinin Qazax filialının inzibati ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 mm-lik top mərmisi (BR-350) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Femida.az

Açar sözlər: #BDU   #ANAMA   #top   #mərmi  

Oxunub: 882