Ölkəyə qanunsuz spirtli içki gətirildi


21:11     09 Oktyabr 2015 alkogol_181114.jpg

Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları, üzərində Azərbaycanın aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin realizə olunmasının qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən Femida.az - a verilən zəbərə görə, əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Zərgərov Sərhad Bəndalı oğlu saxlanılıb, onun idarə etdiyi “VAZ-21074” markalı, 20-BN-960 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonundan və yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 110 ədəd “Vodka TALKA” adlı 0,7 litrlik spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 810