Dövlət qulluğuna qəbul olmaq istəyənlər, DİQQƏT! - Sınaq imtahanları keçiriləcək


17:58     05 Oktyabr 2018 18_10_05_1538746712.jpg


Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün növbəti sınaq imtahanları keçirəcək.

Mərkəzdən Femida.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 10 və 20 oktyabr tarixlərində keçiriləcək. Bu imtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

Sınaq imtahanlarının keçirilməsində məqsəd müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək etməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 497