Xaçmaz sakinin işi prokurorluğa göndərildi


20:12     05 Oktyabr 2018 2018/10/19081C19-8282-4724-AAF7-6BE9C128B5FA_1538756213.jpeg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Qaraçaycek bələdiyyə ərazisində yaş köküstə 28-44 sm diametrində 16 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib.

Nazirlikdən Femida.az-ə verilən məlumata görə, araşdırma zamanı ağacların Xaçmaz rayon Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı E.Həmzəliyev barəsində akt tərtib edillib və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 432