Dünya çempionatında ölkəmizi 9 cüdoçu təmsil edəcək


21:34     05 Oktyabr 2018 18_10_05_1538758682.jpg

Oktyabrın 17-dən 21-dək Bahama adalarının paytaxtı Nassau şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçiriləcək.
Yarışda ölkəmizi 9 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 55 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Murad Fətiyev (81 kq), Zelim Kotsoyev və Adil Kərimli (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.

Qadınların mübarizəsində Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 44 kq) birincilik uğrunda yarışacaqlar.

Açar sözlər:

Oxunub: 452