Azərbaycan Rusiyada logistika mərkəzləri yaradır


22:54     05 Oktyabr 2018 18_10_05_1538766899.jpg

Rusiya və Azərbaycan Stavropol diyarında logistika mərkəzlərinin yaradılması üzrə layihənin reallaşdırılmasına başlayır.

Milli.Az bildirir ki, bunu Trend-ə Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

O.Ruhullayevanın sözlərinə görə, Rusiyanın bu regionu Azərbaycana taxılın ən əsas tədarükçülərindəndir:

"Azərbaycan tərəfi fasiləsiz taxıl tədarükünün təmin olunması üçün şəraitin yaradılmasında maraqlıdır. Azərbaycan şirkətləri həmçinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı üçün müəssisələrin yaradılması üzrə layihələrə böyük maraq göstərir. Hazırda Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq edir. Ən yaxşı işgüzar münasibətlər Dağıstan və Stavropol diyarı ilə qurulub".

Nazir müavini qeyd edib ki, Krasnodarda çay fabriki kimi birgə layihələr reallaşdırılıb.

O.Ruhullayeva əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədi ilə çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığın bir neçə variantı mövcuddur:

"Bunlardan biri MDB azad ticarət zonasında əməkdaşlığın genişləndirilməsi və daha sonra Azərbaycanın Gömrük İttifaqının azad ticarət zonasının imkanlarına qoşulmasıdır. Şübhəsiz ki, bu, maraqlı istiqamətlərdir, danışıqlar gedir, tərəflər kompromis axtarır. Azad iqtisadi zonalar gömrük və sərhəd prosedurlarının sadələşdirilməsini nəzərdə tutur, bəzi məhsullar rüsumlardan azad edilə bilər".

Açar sözlər:

Oxunub: 345