Göygöldə yük avtomobili aşdı - 2 nəfər öldü


09:30     06 Oktyabr 2018 bakida-yuk-masini-asdi-foto-0.jpg


Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #yük_maşını   #qəza   #Göygöl  

Oxunub: 547