Zaxarovadan Qarabağla bağlı yeni ÇAĞIRIŞ


09:44     06 Oktyabr 2018 zaxarova.jpg

Mariya Zaxarova müsbət meylləri zədələməməyə çağırdı.


“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meylləri alqışlayırıq. İndi onları ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır”.

Femida.az xəbər verir ki,bunu keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Dağlıq Qarabağ probleminə dair son görüşlər və münaqişənin həllində Rusiyanın rolu barədə danışarkən deyib ki, Rusiya bu müsbət meyllərə mümkün qədər hər cür dəstək verəcək.

Mariya Zaxarovanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində müsbət meyllərdən danışarkən konkret hansı müsbət meyllərin olduğu barədə fikir bildirməyib.

Açar sözlər: #Zaxarova   #Rusiya   #Qarabağ  

Oxunub: 2670