Düşmənlə informasiya müharibəsi edən sayt 1 YAŞINDA!


09:49     06 Oktyabr 2018 18_10_06_1538805062.jpg

Bu gün Azərbaycanın xəbər məkanında xüsusi yer tutan armiya.az/ordu.az/defence.az saytlarının bir yaşı tamam olur.
Üç dildə fəaliyyət göstərən sayt bu bir ildə özünün hərbi mövzuda əsas xəbər qaynağı olduğunu dəfələrlə təsdiqləyib. Oxucular hər üç dildə maraqlı xəbərlər, təhlillər, araşdırmalar, reportajlarla tanış olublar.

Sayt Azərbaycan Ordusunun və Hərbi sənayesinin, ölkəmizin gücünün təbliği istiqamətində böyük işlər görür. Cəmiyyətə, xüsusilə gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz xidmət göstərir.

Bundan başqa, armiya.az/ordu.az/defence.az saytları saxta erməni təbliğatının ifşa olunmasında ciddi fəaliyət göstərir. Erməni yalanlarını və düşmən ölkənin işğalçı siyasətini dünyaya faş edir. Sayt informasiya müharibəsinin ön cəbhəsində yer alır və düşmənlə gərgin mübarizə aparır.

Üç dildə fəaliyyət göstərən sayta bu böyük missiyada yeni uğurlar, daha doğrusu, qələbələr arzu edirik!

Açar sözlər:

Oxunub: 598