Bu ölkələrə Azərbaycandan mütəmadi aviareyslər açılacaq
10:23 06 Oktyabr 2018
"Azərbaycandan bir sıra istiqamətlərdə çarter reyslərlə yanaşı, mütəmadi reyslər də açılacaq".
Femida.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. O bildirib ki, bununla bağlı Asiya istiqamətində danışıqlar yekunlaşmaq üzrədir.
"Hindistan istiqamətində reyslərin açılması gözlənilir. Qərbi və Mərkəzi Avropa ölkələrinə - İsveçrə, Almaniya, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir. Əsas məqsəd Azərbaycanı bu ölkələrə daha yaxın etmək və həmin ölkələrdən Azərbaycana birbaşa uçuşlarla turistlərin gəlməsini təmin etməkdir. Azərbaycan turizmi üçün yeni bazarlar açılır, yəni həmin istiqamətlərdən insanlar bura cəlb edilir".
Bu gün 10-dan çox bazarda marketinq işlərinin aparıldığını deyən K.Quluzadə qeyd edib ki, bu istiqamətlərdə ilin sonundan başlayaraq Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq.
"İlk belə nümayəndəliyin Rusiyada olacağı gözlənilir. Bununla da həmin ölkələrdə Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq. Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Lakin bu, həm də ora gedən turistlərlə ölkəmizə marağı artırmaq, nümayəndəliklərimizi açıb, Azərbaycanı təbliğ etmək və ölkəmizə gətirmək üçün də önəmlidir. Yəni hər iki tərəf bundan qazanc əldə edəcək".
Femida.az
Oxunub: 438
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir