Küçənin ortasında kişiyə hücum çəkdilər: Telefonunu ver!


12:06     06 Oktyabr 2018 bicaqlama45.jpg

Bakıda Füzuli rayon sakininə küçədə hücum edilib.



Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Füzuli rayon sakini, 1963-cü il təvəllüdlü Əliyev Alı Baxış oğlu ərizə ilə Nizami Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 4-də saat 14 radələrində rayonun Bəhruz Nuriyev küçəsi 71 ünvanının qarşısında özünü Namiq adı ilə təqdim edən şəxs digər naməlum şəxslə birlikdə onu bıçaqla hədələyərək əlindəki "Samsung -J2 Prima" markalı mobil telefonunu verməsini tələb ediblər.

A.Əliyev dərhal onlardan qaçdığı üçün quldurluq edən şəxslər ondan telefonu ala bilməyiblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Cinayət   #Samsung   #Telefon  

Oxunub: 846