Azərbaycanda ŞOK OLAY: Zorlanmış qızı sığınacaqdan qaçırdılar


12:30     06 Oktyabr 2018 qadin%20zorlanma.jpg

"Buna görə məni durmadan təhdid edirlər”.


Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, dayısı tərəfindən 8 il müddətində zorlanan 14 yaşlı qızın məhkəmə prosesindən danışarkən deyib. Onun sözlərinə görə, bu cinayəti törədən Ruslan Babayevin anası, xalası, bacısı onu hədələyir

"Başıma açmadıqları oyun qalmadı. Bir ilə yaxın mübarizə apardım. Dəfələrlə qızla görüşmək istəyiblər, icazə verməmişəm. Demişəm qayda-qanun var, icra hakimiyyətinə müraciət edin, yalnız onların icazəsindən sonra görüşə bilərsiniz. Bir dəfə onlara qızla görüş verdim. Qızı burdan qaçırdılar. 20 dəqiqə ərzində qızı yenidən tapıb gətirdim, müstəntiq gəlib izahat aldı. Bu elə bir maddədir ki, heç kəsi günahsız şərləmək olmaz. Tibbi, psixoloji ekspertiza var, rəy verirlər. Dedim mən bu boyda cinayəti ört-basdır edə bilmərəm. Onlar qızın ruhu xəstə olduğunu deyirdilər. Qızı iki dəfə ekspertizadan keçirtdirdim. Hər dəfə prosesə getdikcə, məni təhdid edirdilər, söyüş, qağrış, daha nələr-nələr... Amma yolumdan dönmədim, mübarizəni sona kimi apardım. Bu prosesdə bircə nəfər neytral adam vardı, o da qızın atası. Ata qızını həddən artıq çox istəyir”.

Qeyd edək ki, dayısı tərəfindən 8 il zorlanan 14 yaşlı qızın məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin qərarı ilə qıza təcavüz edən Ruslan Babayev 12 il azadlıqdan məhrum edilib.


Femida.az

Açar sözlər: #Zorlama   #Bakı   #Qadın   #İntim   #Uşaq   #Məhkəmə  

Oxunub: 3331