160 saylı avtobus daha bir qəza törətdi — FOTOLAR


13:55     06 Oktyabr 2018 18_10_06_1538819780.jpg


Bu dəqiqələrdə Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi törədilib.

Femida.az-ın ölkə.az-a istinadən məlumatına görə, 160 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı "Lada" markalı avtomobillə toqquşub.

Nəticədə minik avtomobili yarasız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polis İdarəsi əməkdaşları gəliblər. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilmir.

Az sonra hadisə yerindən çəkilmiş görüntülər saytımızda yayımlanacaq.
Qeyd edək ki, bu, son bir həftə ərzində 160 saylı marşurut tərəfindən törədilən ikinci qəza hadisəsidir.

Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşurut avtobusu ilə qatar toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 34 nəfər isə yaralanıb.





Femida.az

Açar sözlər: avtobus   qəza  

Oxunub: 1792