DİM-də növbəti SAT imtahanları keçirilib


14:12     06 Oktyabr 2018 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları (SAT and SAT with Essay) keçirilib. İmtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.


DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanlarda 35 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabrın 19-da elan olunması gözlənilir. SAT with Essay imtahanının nəticələri isə oktyabrın 22-24-də elan ediləcək.

Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdə əldə etmək mümkündür:
http://dim.gov.az/activities/exams/sat/

Açar sözlər:

Oxunub: 414