Yuyucu tozdan metamfetamin, biskvitdən heroin çıxdı
15:31 06 Oktyabr 2018
Gömrükçülər psixotrop maddə və narkotik vasitənin gömrük nəzarətindən gizlətməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus 2 ədəd sellofan torbaya rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.
Bu səbəbdən həmin yük təkrar yoxlanılıb. Baxışdan öncə, vətəndaş ona məxsus sellofan torbalarda gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, sellofan torbalardan birində olan və üzərində “Darya” sözü yazılmış yuyucu toz qutusunun içərisində 1 ədəd bükümdə, xalis çəkisi 69,690 qram olan psixotrop maddə -metamfetamin aşkar edilib.
Digər torbada isə üzərində “de nata” sözü yazılmış 3 ədəd biskvitin hər birinin içərisində 1 büküm olmaqla, ümumi xalis çəkisi 286,740 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 353
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK: "Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək"
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Komitəsi büdcə öhdəliyinə 112 % əməl edib
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
- Rüşvətə görə həbs edilən DGK əməkdaşlarının adları açıqlandı