Şahmatçılarımız üç lövhədə medal qazandı


15:54     06 Oktyabr 2018 18_10_06_1538821488.jpg


Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.


Femida.az Trend-ə istinadən bildirir ki, kişi və qadın şahmatçılardan ibarət Azərbaycan yığma komandaları mükafatçılar sırasında yer almayıb. Üç şahmatçımız öz lövhəsində göstərdiyi nəticələrə görə medallara layiq görülüb.

Kişi şahmatçılardan ibarət milli komandada ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb. Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticəylə qızıl medal əldə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 510


Oxşar xəbərlər