Hindistanda avtobus dərəyə aşıb - 15 nəfər ölüb


14:43     06 Oktyabr 2018 2018/10/15388-1538822145_1538822643.jpg

Hindistanın Cammu və Kəşmir ştatında mikroavtobus dərəyə aşıb.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində azı 15 nəfər həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılardan 10-nun vəziyyəti ağırdır. Onlar Cammu xəstəxanasına helikopter vasitəsilə çatdırılıb. Qeyd olunub ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 307