Diaspor Komitəsi İsveçrə təşkilatları ilə əməkdaşlıq edəcək
16:38 06 Oktyabr 2018
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oktyabrın 4-5-də İsveçrəyə səfəri çərçivəsində bu ölkədə bir sıra görüşlər keçirib.
Femida.az xəbər verir ki, səfərin ilk günü Komitə sədri səfirlikdə olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, xarici ölkələrdə yaşayan isveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən "Swiss Abroad" təşkilatının direktoru Sara Mastantuni və "Soliswiss" təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb. Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.
Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib
- Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar
- Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı
- Diaspor Komitəsi Ukraynadakı azərbaycanlılara müraciət etdi
- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
- Diaspora Komitəsi xaricdəki azərbaycanlılara müraciət etdi
- Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət etdi
- Diaspor Komitəsindən qərar: Düşərgə gənclər üçün ödənişsiz olacaq
- Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verildi
- Diaspor könüllüləri Tural Gəncəliyev ilə görüşüb