160 saylı avtobus daha bir qəza törədib - Yaralılar var


16:56     06 Oktyabr 2018 2018/10/99D375CF-DBEB-44B4-8879-A5FD9EDD032A_1538830698.jpeg

Bakıda daha bir avtobus qəzası baş verib.

Hadisə aeroport yolunda qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Report-a bildirib ki, 160 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib: "Yaralılar xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər. Onlar özləri xəstəxanaya gediblər. Avtobus qəzası nəticəsində xəsarət alan hər 3 şəxsin vəziyyəti normaldır".

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bundan bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət almışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 455