Bu ölkədə tanker yük maşını ilə toqquşdu- Azı 50 nəfər öldü


21:12     06 Oktyabr 2018 publika.az1394679445nalbur-yangin.jpg

Konqo Demokratik Respublikasında yanacaq tankerinin yük avtomobili ilə toqquşması nəticəsində güclü partlayış olub.

Femida.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Konqo əyalətinin müvəqqəti valisi Atou Matubuana yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, partlayış nəticəsində azı 50 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Əyalət rəsmiləri ölü sayının artacağını istisna etmirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 410