27 oyun, 27 qələbə! - Nurməhəmmədov Makqreqora qalib gəldi


09:25     07 Oktyabr 2018 2018/10/470331B4-8226-4A13-9B49-897595718742_1538890169.png

Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Əsrin döyüşü adlanan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edib.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib beşinci raundunda hakimlərin yekdil qərarı ilə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb.

Qeyd edək ki, bu döyüş Nurməhəmmədovun 27-ci döyüşü olub. Rusiyalı idmançı karyerası ərzində heç vaxt uduzmayıb

Femida.az

Açar sözlər:

Oxunub: 903