PKK-ya qarşı əməliyyat - 49 nəfər saxlanıldı


10:57     07 Oktyabr 2018 2018/10/B69901A9-5B12-4554-B354-ADC6B1D4548E_1538895528.jpeg

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən PKK/KCK terror təşkilatına qarşı 6 rayonda təşkil olunan əməliyyatda HDP Batman rayon rəhbəri Nizaməddin Toğuçun da aralarında olduğu 49 adamın nəzarətə alındığı bildirilib.

Nazirlikdən verilən məlumata əsasən, PKK/KCK terror təşkilatının ölkə daxilində fəaliyyətlərinin ifşa edilməsi və qarşısının alınması məqsədilə təhlükəsizlik qüvvələri bu gün 6 rayonda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyatda Batmanda aralarında HDP rayon rəhbəri Nizaməddin Toğuçun da olduğu 8, Ağrıda 25, Ankarada 5, Muşda 1, Mardində 1, Şanlıurfada 9 olmaq üzrə 49 nəfər saxlanılıb.

Təhlükəsizlik qüvvələri son iki gündə PKK/KCK terror təşkilatına qarşı əməliyyatlarda ümumilikdə 137 şübhəlini yaxalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 341