BNA-dan sürücülərə XƏBƏRDARLIQ


15:56     07 Oktyabr 2018 yagisli_yol_suret_heddi_012.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

BNA-dan Femida.az-a verilən məlumata görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar", – deyə məlumatda qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 724