Netanyahu Putinlə görüşəcək


17:55     07 Oktyabr 2018 18_10_07_1538918890.jpg

İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, görüşdə Rusiyanın "S-300" raket komplekslərinin Suriyaya göndərilməsi, Livan və Suriyadakı vəziyyət müzakirə olunacaq.

Bundan əlavə, hər iki ölkənin orduları arasındakı koordinasiya məsələləri ətrafında danışıqlar aparılacaq.

Görüşün yaxın vaxtlarda keçiriləcəyi bildirilsə də, dəqiq tarix açıqlanmayıb.

Açar sözlər:

Oxunub: 389