Ərdoğan: "8 şəhidin əvəzini 800 terrorçu ilə ödəyəcəklər"


18:14     07 Oktyabr 2018 erdogan.jpg

8 şəhidimiz olub, onlara Allahdan rəhmət diləyirəm. Biz buna inanırıq ki, bu torpaqlar şəhid qanlarıyla yoğrulub.

Femida.az xəbər ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Batman bölgəsində 8 əsgərin şəhid olduğu qanlı hücumla bağlı danışarkən deyib.

"Biz buralara onlar sayəsində gəldik. 8 şəhidimiz varsa, o terrorçular bilsinlər ki, bunun əvəzini ən azı 800 terrorçu ilə ödəyəcəklər. İndi hər yerdə qaçacaq yer axtarırlar və qaçmağa da davam edəcəklər", - Ərdoğan bildirib.

Açar sözlər:

Oxunub: 381