Voleybol millimiz İtaliyaya uduzdu


18:33     07 Oktyabr 2018 18_10_07_1538921581.jpg

Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb.


Femida.az bildirir ki, komandamız İtaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (25:12, 25:19, 15:10) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz növbəti oyununu oktyabrın 8-də Çin yığmasına qarşı keçirəcək."F" qrupunda İtaliya millisi 18 xalla birinci pillədə qərarlaşıb. ABŞ 16 xalla ikinci, Rusiya 15 xalla üçüncü, Çin 12 xalla dördüncü, Tailand 10 xalla beşinci yerdədir. Hesabında 9 xal olan Türkiyə yığması altıncıdır. Azərbaycan və Bolqarıstan isə 6 xalla yeddinci-səkkizinci pilləni bölüşürlər.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaqlar.

Açar sözlər:

Oxunub: 538