"İnterpol"un prezidenti istefa verib


09:22     08 Oktyabr 2018 2018/10/5bb74383d2e8a_1538976280.jpg

Beynəlxalq Polis Təşkilatının (İnterpol) prezidenti Men Hunvey istefa verib.

Femida.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun Liondakı Baş Katibliyi bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, qaydalara uyğun olaraq təşkilatın yeni rəhbəri birinci vitse-prezident Kim Çon Yan olacaq.

Yeni prezidentin seçkiləri noyabrın 18-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək qurumun Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.

Açar sözlər:

Oxunub: 750