Jurnalisti zorlayıb öldürdülər - FOTOLAR


09:37     08 Oktyabr 2018 2018/10/692461_04_1538977301.jpg

Bolqarıstanın Ruse şəhərində xanım jurnalist qətlə yetirilib.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı araşdırmaçı-jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahildə meşə zolağında tapılıb.
Onun zorlandığı, daha sonra qətlə yetirildiyi məlum olub. İstintaq jurnalistin ölümü ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir.

Məlumata görə, Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanması ilə bağlı araşdırma hazırlayırmış. Bu baxımdan, onun qətli peşə fəaliyyəti ilə əlaqələndirilir. Həmçinin, iddia edilir ki, cinayət başqa bir səbəbdən baş verə bilər.





Femida.az

Açar sözlər:

Oxunub: 3228