Nazir vətəndaşları qəbul edəcək


10:09     08 Oktyabr 2018 2018/04/ceyhun-bayramov_1524489746.jpg

Təhsil naziri Ceyhun Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edəcək.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbul oktyabr 19-u saat 10:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzində olacaq.

Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar oktyabr ayının 8-12-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla https://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 368