Göygöldəki dəhşətli qəza ilə bağlı rəsmi açıqlama


12:21     08 Oktyabr 2018 qeza_yeni.jpg

Oktyabrın 6-da saat 9 radələrində Göygöl şəhərinin M.Ə.Sabir küçəsində Zurnabad kənd sakini Müşfiq Mirzəyev idarə etdiyi “JAC” markalı yük avtomobilini (mənzil kommunal təsərrüfatı birliyinə məxsus məişət tullantıları daşıyan) aşırıb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, nəticədə M.Mirzəyevin sərnişinlərindən (avtomobilin yük yerində olan) orada fəhlə işləyənlər Elman İmanov və Toğana kənd sakini Niyazi Verdiyev hadisə yerində ölüb, avtomobilin kabinəsində olan 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 333