Həbibin döydüyü məşqçi ERMƏNİ İMİŞ: ŞOK FAKT + VİDEO


12:57     08 Oktyabr 2018 18_10_08_1538989150.jpg

"Çoxları bilmir, amma bir tərəfim ermənidir. Fəxr edirəm ki, Ermənistanı, ölkəmizi dünyaya təqdim edirəm. Ermənilər çox güclüdür. Anlamaq çətin deyil ki, onlar məni hər yerdə izləyirlər və dəstəkləyirlər".

Femida.az "Rusarminfo" saytına istinadən xəbər verir ki, bu sözləri UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dillon Danis deyib. Dillon Danis 1993-cü il avqustun 22-də Nyu-Çersidə anadan olub. 15 yaşında bu idman növünə başlayan Danis Marselo Qarsii akademiyasında təlimlər keçdikdən sonra 2014-cü ildən etibarən iştirak etdiyi bütün yarışlarda praktik olaraq qalib gəlib.

2015-ci ildə Dillon Danis qara kəmər sahibi olduqdan bir il sonra, 2016-cı ildən məşhur döyüşçü, UFC çempionu Konor Makqreqora məşqçi kimi dəvət edilib.

Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib.

Döyüşdən sonra Nurməhəmmədov oktaqondan atılaraq Dillon Danisi oyundan əvvəl onun ünvanına səsləndiriyi təhqirlərə görə döyüb.

Açar sözlər: #Video   #Həbib_Nurməhəmmədov  

Oxunub: 5376