71 yaşayış məntəqəsinə təbii qaz verilib


13:09     08 Oktyabr 2018 qaz7.jpg

2018-ci ilin yanvar-sentyabr ayları ərzində 2385,1 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 182,6 km qaz kəməri əsaslı təmir olunub.


“Azəriqaz” İB-dən Femida.az-a verilən məlumata görə, bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 309