Pasportunu itirənlərin nəzərinə!


19:45     14 May 2015 pasportlarini%20femida.jpg

Balaxanı tullantıların çeşidlənməsi zavodunda iş zamanı məişət tullantıları arasından müxtəlif sənədlər (şəxsiyyət vəsiqələri, xarici pasport, avtomobil üçün etibarnamə, sürücülük vəsiqəsi, sağlamlıq kartları) və müxtəlif bank kartları aşkar edilib.


Femida.az xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin rəsmi "facebook" səhifəsində məlumat yer alıb.

Tapılan əşyalar "Təmiz Şəhər" ASC tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna təhvil verilib.

Sənədlərini itirmiş şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmamasını öyrənə bilərlər.

Açar sözlər:

Oxunub: 2747


Oxşar xəbərlər