Qəbələdə diri-diri yanan ərəblə bağlı AÇIQLAMA


13:45     08 Oktyabr 2018 ozunu%20yandirdi.jpg

Qəbələ rayonunda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 168 m2 sahədə yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın zamanı müxtəlif yanıq xəsarətləri almış 6 nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 2392