Ermənistanda keçmiş deputat həbs edildi


15:36     08 Oktyabr 2018 2018/10/692644_1538998755.jpg

Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyan on il əvvvəl törədilən cinayətə görə həbs edilib.


Məlumatı ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, 2008-ci ilin oktyabrında Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetsyanın malikanəsinə silahlı hücum edilib.

"Ayaqqabı şəhəri" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Ara Karapetyan və Yerevanın Nor-Nork rayonunun keçmiş polis rəisi Armen Nikoqosyanın yaratdığı bandit dəstəsinin 10 üzvü bu cinayətə görə 2011-ci ilin mayında 15 il müddətinədək azadlıqdan məhrum edilib.

İlkin məlumata görə, basqının sifarişçisi keçmiş deputat Levon Sarkisyan olub. Cinayətdən sonra Levon Sarkisyan oğurlanmnış qızıl-zinət əşyalarını və bahalı saatları qarətçilərin əlindən alıb.

2018-ci ilin oktyabrında keçmiş deputatın malikanəsi və mənzilində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli sayda silah-sursat, o cümlədən "AK-74" avtomatı, qumbara və qumbaraatan, 4000 müxtəlif çaplı güllə aşkarlanıb.

Levon Sarkisyan və qohumu həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 385