Qəbələdə 23 yaşlı ərəb qızın öldüyü yanğının videosu


16:01     08 Oktyabr 2018 2018/10/dyt6_1539000223.jpg

Xəbər verdiyimiz kimi, Qəbələdə suriyalı ailənin kirayə qaldığı evdə yanğın baş verib. Nəticədə evin 23 yaşlı qızı yanaraq ölüb, 6 nəfər isə xəsarət alıb.


Femida.az xəbər verir ki, ARB TV yanğın anının görüntülərini yayıb.

Qeyd edək ki, yanğın zamanı 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.

Evdə olan digər ailə üzvləri - 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər: #yanğın   #qəza   #Video  

Oxunub: 7104