Arvadını qonşusuna qısqanan ər onu ürəyindən bıçaqladı


22:23     08 Oktyabr 2018 qetl2.jpg

3 uşaq atası qətlə yetirilib. Femida.az bildirir ki, hadisə Cəlilabad rayonunun Privolnoye kəndində baş verib.

Uzun müddət kənddə olmayan Gülbala Quliyev qonşusu Ceyhun Novruzovu qətlə yetirib. Qonşuların bildirdiyinəgörə, Gülbala dünən axşam saatlarında kəndə gəlib. Qonşusu Ceyhunun evinə gedərək ondan qapını açmağa kəlbətin istəyib. Sonra kömək məqsədi ilə Ceyhunu evinəçağıranGülbala içəridəonaiki bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Sonra Gülbala Quliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Rayonda daha bir qətl hadisəsi Qarazəncir kəndində baş verib. 24 yaşlı Ramil Manafov dayısı, 57 yaşlı Mehman Cəfərovun evinə gedib. Dayısımehman bacıs oğlunun onlara gəldiyinəetiraz edərək, onun ünvanın akəskin ifadələr işlədib. Onların arasında yaranmış mübahisə sonda Ramilin dayısını bıçaqlaması ilə nəticələnib.



Mehman Cəfərov yaxınları tərfindən Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırlsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən Ramil Manafov hadisə yerindən qaçsa da axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Bakıda isə kişi keçmiş həyat yoldaşını qətlə yetirib. Hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. 35 yaşlı Xosrov Məmmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Əfsanə Məmmədova ilə küçədə mübahisə edib. Mübahisə zamanı o, Əfsanə Məmmədovanı bıçaqlayıb. Yaralı qadın elə hadisə yerindəcə ölüb. Xosrov Məmmədov isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. İlkin ifadəsində o, cinayəti qısqanclıq zəmnində törətdiyini deyib. /xezerxeber.az

Femida.az

Açar sözlər:

Oxunub: 982