Lotu Quli İstanbulda TUTULDU - SON DƏQİQƏ


22:48     08 Oktyabr 2018 lotu%20quli3.jpg

Azərbaycanlı "qanuni oğru" Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifov İstanbulda tutulub.


Femida.az xəbər verir ki, 2 il öncə Türkiyədə öldürülən Rövşən Lənkəranskinin qətlinin sifarişçisi olduğu iddia edilən Quli dünəndən bəri İstanbul polisinin nəzarətindədir.

Araşdırma zamanı onun Rusiyanın Kalujsk bölgəsindəki iş adamlarından xərac aldığı üzə çıxıb. Belə ki, o, internet vasitəsi ilə keçirdiyi video-konfransda xərac toplayacağı iş adamlarını müəyyənləşdirib. Daha sonra sahibkarların "boynuna qoyduğu" məbləği toplamaq üçün adamlarını Rusiyaya göndərib.

Bu məlumat Rusiya mediasında yayıldıqdan sonra Türkiyə polisi araşdırmalara başlayıb və Lotu Qulinin ünvanını dəqiqləşdirərək əməliyyat kəçirib.

Səlifovun əsasən qida sahəsindəki sahibkarları hədəf aldığı bildirilir. İddialara görə Quli Rövşən Lənkəranskinin ölümündən sonra bu sahələrə nəzarəti ələ keçirib.

Femida.az

Açar sözlər: #lotu   #quli   #kriminal  

Oxunub: 7296