Müdafiə Nazirliyinin MƏLUMATI

Müdafiə Nazirliyinin MƏLUMATI


09:54     09 Oktyabr 2018 trend_defense_ministry_mudafie_nazirliyi.jpg

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.


Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Açar sözlər: #Müdafiə  

Oxunub: 230